Ziya Əzizov PSV-yə qarşı oynadı

11:54 - 20 Fevral 2018

Hollandiya Birinci Divizionunda 25-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Start heyətdə meydana çıxan Əzizov sonadək oynayıb.

 

"Den Boş" hazırda 35 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti