"Milan"ın sahibi müflis oldu

“Milan”ın sahibi olan çinli iş adamı Li Yonqhonq çətin vəziyyətlə üzləşib.

 

Sportal.az xəbər verir ki, iş adamı müflis olub. Bu barədə məlumatı İtaliya mətbuatı məlumat yayıb. Bir müddətdi Linin sahibi olduğu şirkətlərin maliyyə vəziyyəti ilə bağlı araşdırma gedirdi. Xəbərdə artıq çinli iş adamının müflis olduğunun dəqiqləşdiyi qeyd edilib. Onun külli miqdarda borcu olduğu, bu borcları ödəmədiyinə görə şirkətlərindən birinin hərraca çıxarıldığı, başqa bir şirkətinin isə müflis elan olunduğu vurğulanıb.

 

Xatırladaq ki, Yonqhonq 2016-cı ildə 740 milyon avro qarşılığında “Milan”ın sahibi olub.

Tarix: 20 Fevral [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio