Şenol Günəş: "Bir sürpriz və möcüzə varsa, onu etməyə çalışacağıq"

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş" bu gün turnirin 1/8 final mərhələsində səfərdə Almaniyanın "Bavariya" klubuyla qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan öncə İstanbul klubunun prezidenti Şenol Güneş mətbuat konfransında matçla bağlı düşüncələrini səsləndirib:

 

"Bavariya" bu mövsüm evində uduzmayan komandadır. Beynəlxalq arenada çıxış edən ən yüksək səviyyədə olan klubdur. Qrup oyunlarında öz oyunumuzu nümayiş etdirərək nəticə qazanmağa çalışdıq. Sabah da elə olacaq. Vurduğumuz qol və qollar bizə üstünlük yaradacaq. Bu çətin olacaq, amma öhdəsindən gəlməyi bacaracaq heyətimiz var. Futbolda hər şey baş verə bilər. Bir sürpriz və möcüzə varsa, onu etməyə çalışacağıq. Ümid edirəm ki, uğurlu çıxış edəcəyik".

 

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtıyla saat 23:45-də start götürəcək.

Tarix: 20 Fevral [10:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio