Dieqo Kosta: "Hakimlər mənə nifrət edirlər"

14:51 - 20 Fevral 2018

Madrid "Atletiko"sunun hücumçusu Dieqo Kosta açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliya əsilli ispaniyalı forvard hakimlərdən şikayətlənib. 29 yaşlı oyunçu hakimlərin ona nifrət etdiyini deyib:

 

"Hakimlər mənə nifrət edirlər və bunun üçün edə biləcəyim heç nə yoxdur. Ən kiçik epizoda görə də mənə sarı vərəqə verirlər. Təkrarlara baxaraq səhv etdiklərini deyə bilərsiniz və mənə haqq qazandırarsınız".

 

Qeyd edək ki, qış transfer dönəmində "Çelsi"dən Madrid klubuna keçən Kosta keçirdiyi 8 oyunda 1 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb. Dieqo 4 qol və 1 assist də edib.

Xəbər xətti