"Şəmkir" 6 futbolçu transfer etdi

15:27 - 20 Fevral 2018

“Şəmkir” Futbol klubu 6 yeni fotbolçu ilə heyətini gücləndirib. 

 

Sportal.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı, yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən “Region Liqası”nda mübarizə aparan “ağ-qırmızı”ların yeni transferləri artıq komandaya qoşulub.

 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, “Şəmkir”in yeni transferləri “Turan Tovuz”dan və 1-ci Divizonda mübarizə aparan “Xəzər” klubundandır.

 

Belə ki, qərb klubu qonşu “Turan Tovuz”dan Mirzəyev Rəhman (qapıçı), Məmmədov Ruslan, Qasımov Fariz, Qasımov Cavid, Bakının “Xəzər” klubundan isə Etibar Süleymanovu heyətinə qatıb. Bundan başqa “Şəmkir” Elnur Abdullayevi də transfer edib. Bu gün daha bir futbolçunun komandaya qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, “Şəmkir” fevralın 24-ü saat 14:00-da Şəmkir Olimpiya İdman Kompleksində Gəncənin “Xəmsə” klubunu qəbul edəcək.

Xəbər xətti