Reynaldonun yeni klubu müəyyənləşdi

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın yeni iş yeri rəsmən müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Trnavanın "Spartak" klubun dan ayrılan futbolçu karyerasını Qazaxıstan çempionatında davam etdirəcək. 

 

O, ölkənin ən titullu komandalarından biri olan "Aktobe" ilə sözləşmə imzalayıb. "Spartak"dan ayrıldıqdan sonra Qazaxıstan klubunun düşərgəsinə baxışa yollanan "sambaçı" özünü yaxşı tərəfdən göstərməyi bacarıb.  28 yaşlı hücumçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.  

 

Qeyd edək ki, Reynaldo 2013-16-cı illərdə "Qarabağ"ın uğurları üçün çalışıb. Oyunçu ölkəmizdə çıxış etdiyi illər ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Tarix: 20 Fevral [15:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio