"Bavariya" "Beşiktaş"ı darmadağın etdi, "Çelsi" - "Barselona" matçında "sülh"

Çempionlar Liqasının 1/8 finalının ilk oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. Almaniyanın “Bavariya” klubu Türkiyə təmsilçisi “Beşiktaş”ı qəbul edib. Qarşılaşma Münhen klubunun 5:0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri isə Londonda keçirilib. Qrup mərhələsində "Qarabağ"la mübarizə aparmış “Çelsi” İspaniya nəhəngi “Barselona”nı qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Hər iki cütün cavab görüşü martın 24-də baş tuacaq.


20 fevral

Çempionlar Liqası

1/8 final (ilk oyunlar)

 

"Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə) 5:0
Qollar:
Müller, 43, Koman, 53, Müller, 66, Levandovski, 79; 88
Qırmızı vərəqə: Domaqoy Vida, 16 ("Beşiktaş")

 

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 1:1 
Qollar:
Villian, 62, Messi, 75.

Tarix: 21 Fevral [01:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio