“Çelsi”nin futbolçusu ilin ən yaxşısı seçildi

10:46 - 21 Fevral 2018

“Çelsi”nin nigeriyalı futbolçusu Viktor Mozes ölkəsində ilin futbolçusu seçilib.

 

Sportal.az xəbər verir ki, Mozes Nigeriya Futbol Federasiyasının versiyasına əsasən, ötən ilin ən yaxşı futbolçusu seçilib.  O, Uilfred Ndidi (“Lester”) və Entoni Okpotunu (“Lyubi Stars”) qabaqlayıb.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində 3 qola imza ataraq, Nigeriya millisinin ən məhsuldar futbolçusu olub. 

Xəbər xətti