Azərbaycanda oynamış futbolçu təyinatından 4 gün sonra qovuldu

12:26 - 21 Fevral 2018

Paytaxtın "Keşlə" klubunun keçmiş futbolçusu Mixail Makovski baş məşqçi təyin edildikdən 4 gün sonra istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Belarusun "Molodeçno" klubuna baş məşqçi təyin edilib. O, fevralın 16-da azarkeşlər və mətbuatla keçirilən görüşə sərxoş vəziyyətdə gəlib. Makovski içkili olduğunu etiraf edib. Klub rəhbərliyi isə onu komandadan kənarlaşdırıb. Baş məşqçi postuna isə qardaşı Vladimir Makovski təyin edilib.

 

Vladimir Makovski danışılmış oyunların təşkilində günahlandırılaraq 2017-ci ildə həbs olunub, 2 il azadlıqdan məhmur edilib və 5 il futboldan kənarlaşdırılıb. Bu faktla əlaqədar ictimaiyyətin etiraz etdiyindən, "Molodeçno"nun baş məşqçi vəzifəsinə Valeri Vetrov təyin olunub. 

 

Qeyd edək ki, Mixail və Vladimir Makovski qardaşları 2004-2006-cı illərdə indi "Keşlə" adlanan Bakının "İnter" klubunda oynayıb. 

Xəbər xətti