Futbolçu topdaşıyan uşağı döydü VİDEO

18:51 - 21 Fevral 2018

Braziliya çempionatının aşağı liqasında keçirilən “Komersial” - “Operario” oyununda xoşagəlməz hal yaşanıb.

 

Sportal.az xəbər verir ki, qonaqların qol buraxmasından sonra komandanın futbolçusu Cefferson Reis topdaşıyan gəncə hücum edib.

 

Topdaşıyan meydan sahiblərinin qoluna sevindiyindən Reis onu yerə yıxaraq yumruqalayıb. Bundan sonra meydanda ara qarışıb və oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. 

 

Hadisədən sonra "Operario" klubu futbolçunun müqaviləsini ləğv edib.

 

Xəbər xətti