ÇSKA mərhələni 1 qolla keçdi VİDEO

00:12 - 22 Fevral 2018

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 görüş keçirilib. Rusiyanın ÇSKA klubu Serbiya təmsilçisi “Srvena Zvezda”nı qəbul edib. Moskva təmsilçisi ilk oyundakı qolsuz bərabərliyin revanşında rəqibini minimal hesabla məğlub edərək, adını növbəti mərhələyə yazdırıb.

 

UEFA Avropa Liqası

1/16 final, oyunu

21 fevral

 

ÇSKA (Rusiya) - “Srvena Zvezda” (Serbiya) 1:0
Qol:
Alan Zaqoev, 45
İlk oyun - 0:0

 

 

Xəbər xətti