Kamran Quliyev "Neftçi"nin məşqini izlədi VİDEO

00:32 - 22 Fevral 2018

"Neftçi” Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı "Zirə” ilə oyuna hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün İsmət Qayıbov adına bazada məşq edib. Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.

 

Qeyd edək ki, fevralın 24-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.

 

 

 

Xəbər xətti