"Şaxtyor"dan əzmkar qələbə, "Sevilya" "Mançester Yunayted"lə bərabərə qaldı

01:42 - 22 Fevral 2018

Çempionlar Liqasında 1/8 finalın ilk görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün iki oyun baş tutub. “Sevilya” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Oyunda hesab açılmayıb - 0:0.

 

“Roma” isə “Şaxtyor”un qonağı olub. “Qarabağ”ın qrupunda “Atletiko” və “Çelsi”ni qabaqlayaraq lider olan İtaliya təmsilçisi “Şaxtyor”la mübarizədən məğlub ayrılıb - 1:2.

 

Hər iki cütün cavab qarşılaşması martın 14-də reallaşacaq.


Çempionlar Liqası

1/8 final, ilk oyun

21  fevral

 

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:0

 

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya) - 2:1
Qollar:
 Fakundo Ferreyra, 52, Fred, 70 - Cengiz Ünder, 41 

Xəbər xətti