Olimpiadadakı yeganə təmsilçimiz finişə çata bilmədi

11:11 - 22 Fevral 2018

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.

 

Sportal.az xəbər verir ki, dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

 

Qeyd edək ki, yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci keçidə qatılacaqlar.

Xəbər xətti