Olimpiadadakı yeganə idmançımız finişə çata bilmədi

12:22 - 22 Fevral 2018

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner uğursuzluqla üzləşib.

 

Sportal.az xəbər verir ki, dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı yıxıldığı üçün finişə çata bilməyib.

 

Qeyd edək ki, yarışın birinci keçidində iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Yarışın qalibi isə İsveç idmançısı Andre Mürer olub.  Ramon Tsenhoyzern (İsveçrə) gümüş,  Mixael Matt (Avstriya) isə bürünc medal qazanıb. 

Xəbər xətti