Ramos La Liqanın tarixinə düşdü

13:49 - 22 Fevral 2018

İspaniyanın “Real” klubunun müdafiəçisi Serxio Ramos La Liqada yeni rekord müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı “Leqanes”lə ötən axşam baş tutan çempionat oyununda 163-cü sarı vərəqə ilə cəzalanıb. Bu, La Liqada yeni rekorddu.
 

Qeyd edək ki, əvvəlki rekord Alberto Lopoya (“Ximnastik”) məxsus idi – 162 sarı vərəqə.

 

Ramos İspaniyada qırmızı vərəqələr üzrə də rekordçudu – 19 dəfə.

Xəbər xətti