İstanbul derbisinin hakimi müəyyənləşdi

14:06 - 22 Fevral 2018

Türkiyə Super Liqasının 23-cü turu İstanbul derbisinə səhnə olacaq.

 

Sportal.az xəbər verir ki, "Beşiktaş" doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edəcək. Artıq bu qarşılaşmanı idarə edəcək hakimlər müəyyənləşib. Belə ki, derbini FİFA referisi Cüeyt Çakır idarə edəcək.

 

Qeyd edək ki, "Beşiktaş" - "Fənərbağça" matçı fevralı 25-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Xəbər xətti