"Barselona"da yeni müqavilə

"Barselona"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçi Serji Roberto ilə sözləşmənin müddətini uzadıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, İspaniya millisinin üzvü 2022-ci ilədək "Barselona"nın şərəfini qoruyacaq.

 

Müqaviləyə əsasən 26 yaşlı cinah müdafiəçisinin sərbəst qalmaq qiyməti 500 milyon avro təyin olunub. Onu transfer etmək istəyən klub bu məbləğdən keçməlidir.

 

Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidi. O, La Liqa təmsilçisinin heyətində keçirdiyi 187 oyunda bir 7 vurub.

Tarix: 22 Fevral [17:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio