Mourinyo dünya çempionatında şərhçilik edəcək

18:18 - 22 Fevral 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Rusiyada təşkil ediləcək dünya çempionatı zamanı heç də tam istirahət etməyəcək.

 

Sportal.az xəbər verir ki, o, özünü yeni sahədə sınayacaq. Portuqaliyalı mütəxəssis yayda keçiriləcək mundial zamanı şərhçi kimi fəaliyyət göstərəcək. "Qırmızı şeytanlar"ın baş məşqçisi adı açıqlanmayan telekanalların birində məharətini göstərəcək. Ancaq Mourinyo bütün çempionat boyunca yox, sadəcə, bir oyunu şərh edəcək. 

 

Qeyd edək ki, DÇ-2018-in final mərhələsi 14 iyun - 15 iyul aralığında keçiriləcək. 

Xəbər xətti