Avropa Liqasında azarkeşlər arasında dava: polis əməkdaşı vəfat etdi FOTOLAR

10:10 - 23 Fevral 2018

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin "Atletik" - "Spartak" (1:2) matçında azarkeşlər arasında dava düşüb.

 

Sportal.az xəbər verir ki, baş verən hadisədən sonra 1 polis əməkdaşı vəfat edib. Ağır yaralanan 50 yaşlı İnosendio Arias Qarsiya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yaşanan olaydan sonra 3 rusiyalı azarkeş və 1 polis əməkdaşı da xəstəxanaya yerləşdirib.

 

Hadisə ilə bağlı bir neçə rus fanat saxlanılıb.

 

UEFA olayla bağlı qərar verəcək.

 

Qeyd edək ki, qarşılaşmada "Spartak" 2:1 hesabıyla qalib gəlsə də, ilk qarşılaşamda 1:3 hesabıyla uduzduğu üçün "Atletik" mərhələ adlayıb.

 

Xəbər xətti