Azərbaycan mövsümü 23-cü tamamladı

10:33 - 23 Fevral 2018

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması Azərbaycanın işinə yarayıb. 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Bolqarıstan Azərbaycana çatsa da, əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.975 xalı var.

Xəbər xətti