Avropa Liqaı: 1/8 finalın püşkü atılır

13:10 - 23 Fevral 2018

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, budəfəki püşkdə komandalar səbətlərə bölünməyib. Bu da o deməkdi ki, istənilən reytinqə malik olan komandalar, hətta eyni ölkə təmsilçiləri də bu mərhələdə üz-üzə gələ bilər.

 

1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları isə bir həftə sonra - ayın 15-də keçiriləcək.

 

Püşkatma İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Avropa Liqası, 1/8 final

ÇSKA (Rusiya) 
Lokomotiv (Rusiya) 
Zenit (Rusiya) 
Atletiko (İspaniya) 
Atletik (İspaniya) 
Latsio (İtaliya) 
Milan (İtaliya)
Leyptsiq (Almaniya) 
Borussiya (Dortmund, Almaniya)
Lion (Fransa) 
Marsel (Fransa)
Dinamo (Kiyev, Ukrayna) 
Viktoriya (Çexiya) 
Sportinq (Portuqaliya) 
Arsenal (İngiltərə) 
Zalsburq (Avstriya)

Xəbər xətti