İtaliyada "Burussiya"nın futbolçusuna qarşı irqlilik edildi

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda səfərdə “Atalanta”nın qonağı olan Dortmund “Borussiya”sının hücumçusu Miçi Batşuayi xoşagəlməz hadisə ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu İtaliyada yerli azarkeşlərin irqçi şüarlarına məruz qaldığını açıqlayıb.

 

O, sosial şəbəkədəki hesabında yerli fanatların oyun ərzində meymun səsləri çıxardığını yazıb. Batşuayi onların cavabını verməyi də unutmayıb. O, “Ümid edirəm ki, bundan sonra Avropa Liqasına televizorda baxmaqdan zövq alacaqsınız” yazaraq bununla “Atalanta”nı turnirdən kənarda qoymalarına işarə edib.

 

Qeyd edək ki, “Atalanta” – “Borussiya” oyunu 1:1 hesabı ilə başa çatıb. Almaniyadakı görüşdə 3:2 hesablı qələbə qazanan "Borussiya" iki görüşün nəticəsinə əsasən adını 1/8 final mərhələsinə yazıdırıb.

Tarix: 23 Fevral [15:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio