Millinin yeni baş məşqçisi müəyyənləşdi

16:50 - 23 Fevral 2018

Yeni Zelandiya millisinin yeni baş məşqçisi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu postu isveçrəli mütəxəsis Fritz Şmid tutub. Onunla 4 illik müqavilə imzalanıb. Şmid komandanı 2018-ci il dünya çempionatına çıxara bilmədikdən sonra istefa verən Entoni Hadsonu əvəzləyib.

 

Qeyd edək ki, 58 yaşlı mütəxəsis daha öncə Malayziya Futbol Federasiyasında texniki direktor idi. O, Avstriya millisi və "Basel"in məşqçilər korpusuna da daxil olub. 

Xəbər xətti