Banişevskinin xatirə turniri keçirildi

18:14 - 23 Fevral 2018

Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş turnir keçirilib.  

 

Sportal.az xəbər verir ki, AFFA-nın, MOK-un, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt”dən Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.

 

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub. 

Xəbər xətti