Azərbaycanlı futbolçu: “Özümü “Rostov”da əla hiss edirəm”

12:58 - 24 Fevral 2018

“Rostov”un azərbaycanlı futbolçusu Ayaz Quliyev Norveç “Stabek”i ilə keçirilən oyundan (1:0) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, “Rostov”un qələbə qolunu məhz Ayaz vurub. O, komandaya uyğunlaşma prosesində çətinlik çəkmədiyini deyib: “Özümü “Rostov”da əla hiss edirəm. Sanki uzun müddətdi ki, burda oynayıram. Təlim-məşq toplanışında əvvəlcə asan olmadı. Mənə düzgün bərpa kömək oldu. İndi hər şey qaydasındadı. İstənilən komanda yoldaşımla özümü meydanda əmin hiss edirəm. Aramızda qarşılıqlı anlaşma var”.

 

Müqavilə ilə “Spartak”a məxsus olan Ayaz Quliyev “Rostov”a qışda icarə əsasında keçib.

Xəbər xətti