Fariz Nəcəfov: "İndidən çempionluq taleyinin həll olduğunu demək olmaz" MÜSAHİBƏ

18:30 - 24 Fevral 2018

Topaz Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzdu.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qarabağ"la oyundan (0:0) sonra Cavid Hüseynov bildirmişdi ki, istəksiz olduğumuz üçün qalib gəlmədik. Bu proses hələ də davam edir?

- Demək olmaz ki, istəkli deyildik. Matçın əvvəlində ola bilər ki, arxayınlıq var idi.

 

- Bu nəticəni gözləyirdiniz?

- Əlbəttə ki, xeyr. Bu məğıubiyyəti gözləmirdik. Gərgin olacağını gözləyirdik. "Qarabağ"la oyunlarına baxmışdıq. Həmin oyunda çox yaxşı mübarizə aparmışdılar. Rəqibi təbrik edirəm. Yaxşı oynadılar.

 

- Bu məğlubiyyətlə "Qarabağ" çempionluq taleyini həll etdimi?

- Mən həmişə demişəm ki, sona qədər mübarizə aparacağıq. Qarşıda çox oyunlar var.

 

- "Qəbələ"nin ölkə kubokunda daha iddialı olacağını demək olar?

- Hər iki cəbhədə mübarizə aparacağıq. İndidən çempionluq taleyinin həll olduğunu demək olmaz.

Xəbər xətti