Pavel Paşayev 90 dəqiqə oynadı

12:44 - 25 Fevral 2018

Ukrayna çempionatında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda “Mariupol”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Millimizin üzvü qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 22 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti