Şəhriyar Rəhimov: "Pis oynayaq, amma xal da qazanacaq" MÜSAHİBƏ

Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir: 
 
- Komandada nə alınmadı? Oyunun sonlarında qol buraxırsınız...
- Belə olacağını bilirdik. "Qarabağ”a qarşı nəinki "Kəpəz” bütün komandalar müdafiə futbolu oynayır. Bacardığımız qədər oynadıq. "Qarabağ”ın qol epizodları oldu. Amma real qol epizodu yarada bilmədilər. Təziq böyük idi. Buna 85 dəqiqə dözə bildik. Diqqətsizlik isə bizi xaldan etdi. Bizim komandada müdafiədən hücuma keçmək alınmadı. "Qarabağ”ın da ustalıq səviyyəsini qeyd etmək lazımdır. Bilirik ki, "Qarabağ” Azərbaycanda bir nömrəli klubdur. Bacardığımız qədər vuruşduq.
 
- Dario ilə dialoqun oldu. Dani Kintananı o saxlamalıydı?
- Qolu komanda buraxır. Oyun bir futbolçunun üstündə qurulmayıb. Həmin an qərar vermək düzgün deyil. Mən ona iradımı bildirdim. Ani diqqətsizlik qolla nəticələndi.
 
- Hakimlərdən razısan?
- Mən qol epizodunu yaxşı görmədim. Əllə oyun olduğunu eşitdim. Çoxları elə deyir. Təkrar baxmaq lazımdır. Əllə oyun varsa, hakimlərlə bağlı tədbir görmək lazımdır. Düzdür, o da insandır. Səhv edə bilər. Hakim səhv etmək istəməz. Lakin aydın məsələdir ki, "Kəpəz” "Qarabağ”dan zəifdir. Belə hallarda daha diqqətli olmaq lazımdır.
 
- Komandanın heyəti çox dəyişib. Amma nəticələr əvvəlki kimidir...
- 3 oyundur uduzuruq. Lakin heç kimə asanlıqla uduzmamışıq. Çalışırıq ki, mübarizə aparaq. Hər şeyin göztəricisi nəticədir. Yaxşı oynayıb uduzuruq. Pis oynayaq, amma xal da qazanacaq. Oyunumuz pis deyil. Yaranan fürsətlərdən istifadə etsək, nəticəmiz daha yaxşı olar.
Tarix: 26 Fevral [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio