"Yuventus" - "Atalanta" matçına güclü qar əngəli

11:28 - 26 Fevral 2018

İtaliya A Seriyasının 26-cı turunun bir oyunu təxirə salınıb.

 

Sportal.az xəbər verir ki,  “Yuventus” – “Atalanta” matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Turinə yağan güclü qar matçın başqa vaxta salınmasına səbəb olub.

 

Qarşılaşmanın keçiriləcəyi vaxt açıqlanmayıb.

 

Qeyd edək ki, "Yuventus" 25 turdan sonra 65 xalla 2-ci, "Atalanta" isə 38 xalla 8-ci pillənin sahibidir.

Xəbər xətti