İrlandiya - Azərbaycan matçının tarixi müəyyənləşdi

15:15 - 26 Fevral 2018

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 27-də Dublinin “Talla” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Xatırladaq ki, millimiz martın 22-də səfərdə Kosovo millisinin qonağı olacaq.

 

Qeyd edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti