Dabodan yubiley, Nəbiyevdən debüt

19:06 - 26 Fevral 2018

Topaz Premyer Liqasının “Səbail”lə səfər qarşılaşması “Qəbələ” üçün bəzi statistik məqamlarla əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın yeganə qolunun müəllifi olan Baqali Dabo komandanın heyətində 50-ci rəsmi matçını keçirib. Bu göstəricidə Vüqar Həsənova çatan hücumçu 50 və daha çox oyunda “qırmızı-qara” forma geyinən 42-ci futbolçu olub.

 

Bu yubileyi qolla qeyd edən Dabo “Qəbələ”nin tarixində ən çox fərqlənən 3-cü futbolçu ünvanına şərik çıxıb. 23 qol vuran komanda yoldaşı Filip Ozobiçə çatan Baqali yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalır. Bu qollardan 18-ni Premyer Liqada vuran hücumçu çempionatda da 3-cü göstəriciyə malikdir. Dabo Mendidən 11, Dododan 5 top geri qalır.

 

“Bayıl Arena”dakı görüşün 82-ci dəqiqəsində meydana çıxan Yusif Nəbiyev əsas komandada debüt edib. “Qəbələ”nin ümumilikdə 228-ci, Premyer Liqada 208-ci oyunçusu olub.

Xəbər xətti