"Napoli" səfərdə darmadağınla qalib gəldi VİDEO

01:39 - 27 Fevral 2018

İtaliya A Seriyasında 26-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, lider "Napoli" səfərdə "Kalyari"yə 5:0 hesabıyla qalib gəlib.

 

A Seriyada turnir cədvəlinə 69 xalla "Napoli" başçılıq edir. 1 oyun az keçirən "Yuventus" 65 xalla 2-cidir. "Latsio" 52 xalla 3-cü, "İnter" 51 xalla 4-cü, "Roma" 50 xalla 5-cidir. "Sampdoriya" və "Milan" isə 44 xalla 6-7-ci yerləri böülüşürlər. "Kalyari" klubu 25 xal toplayıb və 15-ci yerdə qərar tutub.

 

“Kalyari” – “Napoli” - 0:5

Qollar: Kalyexon, 29, Mertens, 43, Hamşik, 61, İnsinye, 72 (pen.), Rui, 90

 

Xəbər xətti