Nazarovun komandası baş məşqçisiz qaldı

Almaniyanın “Ersebirge” klubu baş məşqçi Tomas Letşi istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun da şərəfini qoruduğu Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

İkinci Bundesliqada mübarizə aparan klub qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib.
 

Qeyd edək ki, auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.

Tarix: 27 Fevral [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio