Zidan yenə Ronaldonu heyətə daxil etmədi

13:56 - 27 Fevral 2018

"Real"ın baş məşqçisi Zinəddin Zidan yenə Kristiano Ronaldoya istirahət vermək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssis 33 yaşlı hücumçunun adını La Liqanın 26-cı turunda səfərdə "Espanyol"la keçiriləcək oyunun heyətinə daxil etməyib. Ronaldodan başqa Modriç, Kroos və Marselo da bu qarşılaşmanın hehətinə daxil edilməyib.

 

Qeyd edək ki, Zidan Ronaldoya "Leqanes"lə matçda da (3:1) istirahət vermişdi.

Xəbər xətti