"Barselona"nın yeni hədəfi

18:43 - 27 Fevral 2018

"Barselona"nın bu yay transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Kataloniya klubu "Tottenhem"in müdafiəçisi Tobi Alderveyreldi transfer etmək istəyir.

 

La Liqa təmsilçisi 28 yaşlı futbolçunu transfer siyahısına daxil edib. "Barsa"nın mövsümün sonu Alderveydi heyətinə qatmaq üçün 50 milyon avro büdcə ayırdığı bildirilir.

 

Qeyd edək ki, belçikalı oyunçunun hazırkı klubu ilə müqaviləsi 2019-cu ilin yanvar ayına kimidi. O, londonlularla yeni sözləşmə imzalamaq barədə razılığa gələ bilməyib.

Xəbər xətti