Yılmaz Vural Fatih Terimi sərt şəkildə tənqid etdi

00:39 - 28 Fevral 2018

Son olaraq Türkiyənin "Giresunspor" klubunu çalışdıran Yılmaz Vural "TRT Spor" kanalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi tənqid edib.O, "İmperator" ləqəbli çalışdırıcının güclü heyəti olan komandalarda çalışdığını deyib:

 

"Türkiyədə oyun nümayiş etdirərək qələbə qazanan neçə komanda var? Hər kəs güclü futbolçusu hesabına qazanır. Yaxşı futbolçuların varsa, yaxşı baş məşqçi olursan. Fatih Terim "Elazığspor"u çalışdırsın, baxaq. Çempion etsin, biz də görək. Çalışdığı iki komanda var. Biri "Qalatasaray", biri də Türkiyə milli komandası. "Göztəpə"də, "Ankaragücü"ndə nə etdi ki?"

 

Qeyd edək ki, Fatih Terim ötən il Türkiyə millisindən ayrılaraq cari mövsümün gedişində "Qalatasaray"ın baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti