"Atletiko" qapıçısı ilə yolları ayırdı

11:30 - 28 Fevral 2018

"Atletiko" qapıçısı Migel Anxel Moya ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı əlcək sahibi karyerasını La Liqanın digər təmsilçisi "Real Sosyedad"da davam etdirəcək. Təcrübəli qolkiperlə 2020-ci ilin iyununa kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, Moya 2014-cü ildə "Hetafe"dən Madrid klubunda transfer olmuşdu.

Xəbər xətti