Reynaldo rəsmən "Aktobe"də

13:30 - 28 Fevral 2018

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silvanın Qazaxıstanın "Aktobe" klubuna keçidi rəsmiləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə müqavilə imzalanıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.

 

Qeyd edək ki, 2013-16-cı illərdə Ağdam klubunda çıxış edən Reynaldo ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Xəbər xətti