"Neftçi"nin "Qəbələ" ilə 39-cu dueli

13:59 - 28 Fevral 2018

“Neftçi” martın 4-də Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:30-da start götürəcək.

 

Paytaxt klubu eyniadlı şəhərin təmsilçisi ilə indiyədək 38 çempionat oyununda üz-üzə gəlib. Bunlardan 15-də qələbə qazanan “ağ-qaralar” 15-də də məğlub olub, 8 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi isə “Qəbələ”nin xeyrinədi – 48:50.

 

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər iki görüşdə meydanı məğlub tərk edib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun ilk hissəsində qapısından 2 top buraxan "Neftçi” fasilədən sonra bunlardan birinin əvəzini çıxmağı bacarıb, Namiq Ələsgərov fərqlənib – 2:1. Bakıda isə “Neftçi” Emin Mahmudov və Kirilo Petrovun qolları ilə hesabda iki dəfə önə keçsə də, sonda uduzub – 2:3.

Xəbər xətti