İkardi dünya çempionatına aparılmayacaq

14:14 - 28 Fevral 2018

"İnter"in futbolçusu Mauro İkardi DÇ-2018-də ştirak etməyəcək.

 

Sportal.az xəbər verir ki, Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli forvardı heyətə salmaqdan vaz keçib.

 

Buna səbəb İkardinin millinin oyunlarında özünü yaxşı tərəfdən göstərə bilməməsi və digər ulduz futbolçularla münasibətinin pis olmasıdır.

 

25 yaşlı hücumçu bu mövsüm "İnter"in heyətində 22 oyunda 18 qol vurub.

Xəbər xətti