"Yuventus" - "Atalanta" matçının vaxtı müəyyənləşdi

15:40 - 28 Fevral 2018

İtaliya A seriyasının 26-cı turundan təxirə salınan "Yuventus" - "Atalanta" matçının tarixi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, matç martın 14-ü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, fevralın 25-i keçirilməli olan qarşılaşma Turinə yağan şiddətli qar səbəbindən təxirə salınmışdı.

Xəbər xətti