"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi həbs oluna bilər

00:37 - 1 Mart 2018

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər.

 

Sportal.az xəbər verir ki, buna səbəb həyat yoldaşı Evin Elçinin mütəxəssisdən şikayət etməsi olub. Bundan əvvəl Mustafa Dənizli məhkəməyə müraciət edərək boşanmaq ərəfəsində olduğu həyat yoldaşının onlan 3,5 milyon lirə tələb etdiyi və onun böyük qardaşı tərəfindən döyüldüyünü iddia etmişdi. Evin Elçi isə buna qarşılıq mütəxəssisə qarşı iddia qaldırıb. Həyat yoldaşı Mustafa Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. 69 yaşlı məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb. 

 

Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.

 

Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə "Xəzər Lənkəran” klubunu çalışdırıb.

Xəbər xətti