“Qəbələ” – “Neftçi”: 42-ci duel

10:34 - 1 Mart 2018

Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, martın 4-də “Qəbələ” “Neftçi”ni qəbul edəcək. 

 

Qəbələ şəhər stadionundakı qarşılaşma rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006-cı ildə görüşən komandalar indiyədək 41 dəfə üz-üzə gəlib. Bu matçların 38-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib.

 

Əvvəlki oyunlarda həm “Qəbələ”, həm də “Neftçi” 15 dəfə qalib gəlib. Digər 11 qarşılaşma sülhlə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir. 53 qol vuran "Qəbələ" 51 top buraxıb.

 

Baş tutan 41 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçuları Dodo və hazırda çempionatın ən yaxşı bombardiri olan Baqali Dabodur. Onlar paytaxt təmsilçisi ilə görüşlərdə hərəyə 4 qol vurublar. Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan və Ruslan Qurbanov hərəyə 3 dəfə rəqibi məyus edib. Maraqlıdır ki, sonuncu ümumilikdə 5 dəfə bu duellərdə fərqlənib. O, iki dəfə “Neftçi”, üç dəfə “Qəbələ”nin oyunçusu kimi qol sevinci yaşayıb. Daha bir məqamı qeyd edək ki, Stiven Monroz və Baqali Dabo son iki oyunda – cari mövsümün matçlarında meydanı qolsuz tərk etməyib.

 

Ölkə kuboku çərçivəsində keçirilən bütün qarşılaşmaların əsas və əlavə vaxtında eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu üzdən çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Klublar hərəyə 15 dəfə Premyer Liqada qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 50, “ağ-qaralar” 48  qol vurub.

 

“Qəbələ” ev oyunlarında 7 qələbə qazanıb, 8 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Öz meydanında 25 top vuran komanda 26-nı buraxıb.

 

“Qəbələ” – “Neftçi”: Bütün oyunlar

 

2006/07 mövsümü

 

30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1

Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86

 

03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4

Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2

 

2007/08 mövsümü

 

26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87

 

02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3

Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)

 

2008/09 mövsümü

 

24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Oleq Gerasimyuk, 39

 

01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2009/10 mövsümü

 

21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Kristian Torres, 80

 

10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73

 

03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5

 

09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0

 

2010/11 mövsümü

 

15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2

Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76

 

21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

2011/12 mövsümü

 

18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0

Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85

 

20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Aleksandr Çertoqanov, 39

 

11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66 

 

11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Amil Yunanov, 87

 

2012/13 mövsümü

 

18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0

Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56

 

03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1

Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32

 

21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15

 

14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1

Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13 

 

2013/14 mövsümü

 

04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56

 

15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1

Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)

 

09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2

Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.

 

02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90

 

22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3

Marat İzmaylov, 70 // Samir Məsimov, 52

 

2014/15 mövsümü

 

21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0

 

29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0

 

15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3

Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87 

 

17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3

Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86

 

2015/16 mövsümü

 

17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1

Aleksey Antonov, 90 

 

13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1

Filyo Jairo Rodriges, 22 

 

05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2

Salas Quinta Antonio, 26 //  Rafael Santos, 52, Rəşad Eyubov, 90

 

27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1

Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5

 

01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2

Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 //  Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64 

 

04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1

Ermin Zets, 75 // Ruslan Qurbanov, 58

 

2016/17 mövsümü

 

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8

Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)

 

29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1

Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 

 

03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0

Daniel Subotiç, 77

 

14.03.2017. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:0

Namiq Ələsgərov, 40

 

2017/18 mövsümü

 

24.09.2017. Premyer Liqa. Qəbələ – Neftçi (Bakı) – 2:1

Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48

 

19.11.2017. Premyer Liqa. Neftçi – Qəbələ – 2:3

Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

Xəbər xətti