"Latsio" müdafiəçisini icarəyə verdi

12:31 - 1 Mart 2018

İtaliyanın “Latsio” klubu müdafiəçisi Maurisionu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi mövsümün sonunadək  Polşanın “Legiya” klubunda çıxış edəcək.

 

Qeyd edək ki, Maurisio “Latsio”ya 2015-ci ildə “Sportinq”dən transfer edilib. 29 yaşlı oyunçu 2016/17 mövsümündə Moskva “Spartak”ında icarədə olub.

Xəbər xətti