Beşiktaş hollandiyalı futbolçu üçün 4 milyon avro ödədi

Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Sanderlend” klubundan icarəyə götürdüyü Cermeyn Lensin transfer hüququnu da alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, hollandiyalı futbolçunun transfer hüququnu almaq üçün qarşı tərəfə əlavə 4 milyon avro ödənilib. Lens “Beşiktaş”la 2022-ci ilədək müqavilə imzalayıb. Qarşıdakı 4 il ərzində futbolçu “qara qartallar”ın heyətində 8,25 milyon avro qazanc əldə edəcək.

 

Bu mövsüm “Beşiktaş” formasıyla müxtəlif turnirlərdə 20 matça çıxan Lens 4 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 1 Mart [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2018
22  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio