Tural oynamadı, komandası heç-heçə etdi

14:05 - 1 Mart 2018

Futbol üzrə Çernoqoriya çempionatında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun şərəfini qoruduğu “Deçiç” klubu doğma meydanda “Qrbal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Tural bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

Qeyd edək ki, “Deçiç” geridə qalan turlarda cəmi 16 xal toplayıb və 10 iştirakçı arasında sonuncudu.

Xəbər xətti