Sabiq "Qəbələ"li Latviya klubunda

15:15 - 1 Mart 2018

Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Ukaynanın "Çernomorets” klubundan ayrılan hücumçu karyerasını Latviyada davam etdirəcək.O, bu ölkənin  "Ventspils" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri açıqlanmayıb.

 

Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ”də oynayıb. 31 yaşlı hücumçu "qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib və 8 dəfə fərqlənib .

Xəbər xətti