"Traktor Sazi" evdə uduzdu

17:53 - 1 Mart 2018

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu doğma meydanda “Paykan”la qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, 25 oyundan sonra hesabında 29 xal olan “Traktor Sazi” 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti