"Qarabağ"a qol vuran futbolçu ilə yeni müqavilə imzalandı

"Atletiko"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Tomas Parteyin müqaviləsinin müddətini uzadıb. 24 yaşlı qanalı yarımmüdafiəçi 30 iyun 2023-cü ildə başa çatacaq sözləşməyə imza atıb. Onun mövcud müqaviləsi 2022-ci ilin iyununadək idi.

 

Qeyd edək ki, "Atletiko”nun yetirməsi olan Tomas Partey 2015-ci ilin noyabrında əsas komandada debüt edib. O, Madrid təmsilçisinin heyətində 82 matça çıxıb.

 

 Partey Çempionlaq Liqasının qrup mərhələində baş tutan "Atletiko" - "Qarabağ" matçında (1:1) Ağdam təmsilçisinin qapısına qol vurub.

Tarix: 1 Mart [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio